ABŞ Prezidenti Donald Tramp Somalidən bütün ABŞ hərbi kontingentini çıxarmaq barədə qərar qəbul edib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı məlumatı ABŞ Müdafiə Nazirliyi yayıb. Trampın qərarına uyğun olaraq, ABŞ hərbi kontingenti Somalidən 2021-ci ilin əvvəlində çıxarılmalıdır. Bu kontingentin hərbçilərinin böyük əksəriyyətinin başqa ölkələrə yerləşdirilməsi əmr edilib.

Pentaqon yaydığı bəyanatda Trampın qərarının ABŞ-ın Afrikada hərbi mövcudluğunun zəifləməsi anlamına gəlmədiyi bildirilib:

“Bu qərar o deməkdir ki, hərbçilərin bir hissəsi Afrikanın şərqini tərk edə bilərlər. Yerdə qalan qüvvələr Somali ilə qonşu ölkələrdə yerləşəcəklər və onlar Somalidə əməliyyat keçirmək durumunda olacaqlar”.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın