Avropa Birliyi (AB) Şurasının Prezidenti Şarl Mişel Rusiyanı dezinformasiya yaymamağa çağırıb.

YALAN.info bildirir ki, bununla bağlı Şarl Mişel (Charles Michel) Twitterdə paylaşım edib.

“Dezinformasiyanı dayandırın! Sanksiyalar deyil, Ukraynadakı müharibəniz daşımaların qarşısını alır və ərzaq təhlükəsizliyini təhlükə altına alır. 20 milyon tondan çox taxıl ixracını sizin minalarınız və müharibəniz bloklayıb. Müharibəni dayandırmalı və qlobal ərzaq təchizatı zəncirlərini bərpa etməliyik”, – Mişel yazıb.

Həmçinin, o, paylaşımında Rusiya Federasiyası Prezidentinin rəsmi “Twitter“ səhifəsini işarələyib.

KİMCharles Michel
MƏNBƏTwitter
Öncəki xəbərBaş nazir İrakli Qaribaşvili: Gürcüstanın AB-yə üzvlükdən başqa alternativi yoxdur
Sonrakı xəbər14 ədəd yeni “Su-25” hücum təyyarəsi Ukraynaya çatdı
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın