Rusiyanın Soçi şəhərində keçirilən 2021-ci il Şahmat üzrə Dünya Kubokunun qalibi Maqnus Karlsenin ardınca Sergey Karyakini də udan Yan-Kşiştof Duda (Jan-Krzysztof Duda) oldu.
YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, Polşa təmsilçisi Yan-Kşiştof Duda finalda rusiyalı Sergey Karyakinlə üz-üzə gəlib.
İlk görüşdə qrossmeysterlər xalları yarı bölüb – 0,5:0,5. Ardınca ikinci qarşılaşmada isə Duda qalib gələn tərəf olub.
Üçüncü yer uğrunda dueldə Rusiyanın digər təmsilçisi Vladimir Fedosyev hər iki oyunda norveçli dünya çempionu Maqnus Karlsenə uduzub – 0:1;0:1.