Azərbaycanın “Şahdəniz-2” yatağından çıxarılacaq təbii qaz Bolqarıstana 2020-ci ildə çatacaq.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Bolqarıstan KİV-ə istinadla bildirir ki, bununla bağlı Bolqarıstanın energetika naziri xanım Temenujka Petkova “Şahdəniz” konsorsiumunun nümayəndələri ilə görüşündə danışıb.

O, qazın Bolqarıstana çatdırılacağı Yunanıstan-Bolqarıstan interkonnektoru – Interconnector Greece-Bulgaria (IGB) layihəsi üzrə işlərin intensivləşdiyini deyib.

“Şahdəniz” konsorsiumunun nümayəndələri isə nazirə məlumat verib ki, “Şahdəniz-2” yatağından təbii qaz çıxarılması üzrə işlər sürətlənir.

Qeyd edək ki, Bolqarıstan IGB interkonnektoru ilə 2020-ci ildən başlayaraq ildə 1 milyard kubmetr Azərbaycan qazı alacaq. Azərbaycan təbii qazı “Trans-Adriatik” (TAP) qaz boru kəməri ilə 2020-ci ildə Avropaya çatdırılacaq. Həmin qazı Bolqarıstana daşıyacaq IGB interkonnektoru isə 2019-cu ilin sonunda hazır olacaq.

2013-cü ilin sentyabrında “Bulgargaz EAD” “Şahdəniz-2” çərçivəsində ildə bir milyard kubmetr qazın alışı ilə bağlı 25 illik saziş imzalayıb. Azərbaycan qazı Bolqarıstanın istehlakının dörddəbirini ödəyəcək.

IGB qaz boru kəmərinin Şimal-Şərqi Yunanıstanın Komotini bölgəsində və Bolqarıstanın cənubundakı Stara Zagora bölgəsində çıxış nöqtəsi olacaq, Yunanıstan və Bolqarıstan milli təbii qaz sistemləri arasında birbaşa bağlantı yaradılacaq.

185 kilometrlik boru kəməri Yunanıstandan Bolqarıstana ildə haradasa üç milyard kubmetr təbii qaz daşıma bacarığı olacaq və gələcək bazar tələbatına görə bu həcmin illik beş milyard kubmetrə çatdırılması imkanı var.

Öncəki xəbərABŞ-ın Texas universitetinin alimləri ürəyi cavanlaşdırmağın asan yolunu tapdı
Sonrakı xəbərFutbol üzrə Azərbaycan Milli Komandasının heyəti açıqlandı
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın