“Qırğızıstan Rusiya və Türkiyədən pilotsuz hücum aparatları almaq niyyətindədir”.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, Axar.az-ın məlumatına görə, bununla bağlı Qırğızıstan Prezidenti Sadır Japarov açıqlama verib.

“Biz Türkiyədən və Rusiyadan hücum dronları alırıq. Rusiyanın köməyi ilə reaktiv təyyarələri təmir edirik. Bütün bunlara pul ayrılır, pulsuz deyil”, – dövlət başçısı bildirib.

Qeyd edək ki, bundan öncə Qırğızıstan Milli Təhlükəsizlik Komitəsinin rəisi Kamçıbek Taşiyev Türkiyədən alınmış “Bayraktar” pilotsuz aparatlarının tezliklə Bişkekə təhvil veriləcəyini demişdi.

MƏNBƏAxar.az
Öncəki xəbərR.T.Ərdoğan 10 ölkənin səfirinin “persona non qrata” elan edilməsini istədi
Sonrakı xəbərRəcəb Tayyib Ərdoğan: Türkiyə Dünyanın ən böyük 10 iqtisadiyyatından biri olacaq
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın