Səudiyyə Ərəbistanında dəvələr arasında ənənəvi gözəllik yarışması keçirilib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, Kral Salman bin Əbdül Əziz əs Səudun himayəsilə baş tutan yarışmada bu il 40 heyvan diskvalifikasiyaya məruz qalıb.

Buna səbəb dəvə sahiblərinin öz heyvanları üçün botoks və bu kimi süni gözəllik vasitələrindən istifadə etməsi olub. Bu pozuntuları müəyyən etmək üçün hakimlər “xüsusi və qabaqcıl texnologiyalardan” istifadə ediblər.

Müəyyən olunub ki, bu il onlarla iştirakçı dəvələrin dodaqlarını və burnunu uzadıb, heyvanların əzələlərini gücləndirmək üçün hormonlardan istifadə edib, dəvələrin baş və dodaqlarına botoks vurublar.

Qeyd edək ki, müsabiqənin mükafat fondu təxminən 66 milyon dollar təşkil edib.

Öncəki xəbərJair Bolsonaro COVID-19 tədbirlərinə qarşı mübarizəsinə görə “İlin adamı” seçildi
Sonrakı xəbərLondon dünyada ən uzun tıxacların yaşandığı şəhərlərin arasında birincidir
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın