BMT-nin dörd qətnaməsinin yerinə yetirilməsi beynəlxalq qurumların öhdəliyi idi.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən toplantısında deputat Səməd Seyidov deyib. O bildirib ki, ancaq parodoksal şəkildə BMT ötən gün öz qətnamələrinin yerinə yetirilməsi üçün bəyanatla çıxış edib.

S.Seyidovun sözlərinə görə, erməni işğalçıların Azərbaycandan çəkilməsi danışıqlar prosesinin əsas şərtidir:

“ATƏT-in Minsk qrupunun üç həmsədri ötən gün həmsədrlər səviyyəsində deyil, üç dövlət başçısı kimi bəyanatla çıxış ediblər. Artıq bəzi dövlət başçıları Roma papasından daha çox katolik olmağa cəhd edirlər. Bu bəyanatlar bölgədə sülhə töhfə verməyə xidmət etmir.

Makronun son açıqlamaları bu qəbildəndir. Makron deyir ki, Qarabağın Azərbaycan tərəfindən yenidən ələ keçirilməsini qəbul etməyəcəyik. Bu, nə deməkdir?! Qarabağ Azərbaycan torpağıdır. Azərbaycan torpağının işğalçıdan azad olunması Azərbaycan xalqının haqqıdır və beynəlxalq hüququn tələbidir. Son hadisələr göstərir ki, ATƏT-in Minsk qrupunun formatı dəyişdirilməlidir. Fransa ATƏT-in Minsk qrupunun həmsədrliyindən çəkilməlidir. Azərbaycan-Fransa münasibətlərinə yenidən baxılmalıdır”.

Deputat bildirib ki, Azərbaycanın hərbi əməliyyatları davam etdirməsi bu cür bəyanatlara ən yaxşı cavab olacaq.

Öncəki xəbərAleksandr Proxanov: Qarabağ münaqişəsi hərbi yolla Rusiyanın müdaxiləsi olmadan həll olunacaq
Sonrakı xəbərÖzbəkistanın tanınmış ictimai xadimləri dünya ictimaiyyətinə müraciət etdilər
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın