Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov Xorvatiyanın paytaxtı Zaqrebdə “Grand Chess Tour”un blits yarışının VI turunda 13-cü Dünya Çempionu Harri Kasparovu cəmi yeddi gedişdə məğlub edib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bu oyunda Ş.Məmmədyarov bir Dünya Çempionunu ən qısa partiyada udmaqla rekorda imza atıb.

“28 ildir sahmatla məşğul oluram. Hər zaman ən sevdiyim şahmatçı Kasparov olub”.

Bu sözləri Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov öz sosial media hesabında yazıb.

O,  Xorvatiyanın paytaxtı Zaqrebdə “Grand Chess Tour”un blits yarışının VI turunda 13-cü dünya çempionu Harri Kasparovu cəmi yeddi gedişə məğlub etməsini şərh edib:

“Onun oyunları inanılmaz olub. 28 ildir hər zaman Kasparovla oyunu gözləyirdim və cəmi yeddi gedişə qalib gəldim. Bu isə hər dörd ilə iki gediş deməkdir! Siz hələ də dostunuzla şahmat oynayanda bir az tez oyna deyirsiz? Dəstəyiniz üçün sizləri cox sevirəm. O, dahi şahmatçıdır. Biz isə tarixin bir parçası”.

Öncəki xəbərMetyu Brayza: AB komissarının açıqlaması Azərbaycana verilən önəmi göstərir
Sonrakı xəbərHaitinin öldürülən prezidentinin arvadı ilk dəfə danışdı: Onun arzularını öldürdülər
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın