Rusiyada olduqca tanınmış, Azərbaycana rəğbətiylə seçilən, hər zaman obyektivliyini qoruyan telejurnalist Maksim Şevçenko məşhur azərbaycanlı kinossenarist Rüstəm İbrahimbəyovdan müsahibə alıb və onu YouTube kanalında yayımlayıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, indiyə qədər çox zaman Qarabağ ətrafında siyasi ehtirasların qızışdığı, hərbi eskalasiyaların şiddətləndiyi vaxtlarda öz təmkinini qoruyan, tərəflər arasında gedən mübahisələrə o qədər də qarışmayan yazıçı bu dəfə ortaya birmənalı mövqe qoyub.

O, silahlı ermənilərin Azərbaycan torpaqlarına soxulmasını hərbi cinayət adlandırıb, bütün Qarabağın Azərbaycanın əzəli torpağı, ayrılmaz tərkib hissəsi olduğunu bildirib. Bundan başqa, o, 2013-cü ildə rəqib olmaq istədiyi Azərbaycan Prezidentinin ünvanına da tərifli sözlər deyib, bildirib ki, İlham Əliyev heyrətdoğurucu bir şəkildə ölkəsinin mövqeyini dəqiq bildirir və qoruyur.

Qeyd edək ki, Rusiyada və başqa ölkələrdə yaşayan məşhur azərbaycanlıların bu sayaq qəti, aydın və vətənpərvər mövqedə olması çox önəmlidir və xalqımız tərəfindən rəğbətlə qarşılanır.

Rüstəm İbrahimbəyovun da öz səsini ucaltması onu tanıyan, sevən auditoriyalarda bizim haqlı olduğumuza dair müsbət təəssüratlar yarada bilər.

Aşağıdaki video böyük ədibimizin həmin müsahibəsini olduğu kimi rusca izləyə bilərsiniz.

Рустам Ибрагимбеков: Нагорный Карабах – это неотъемлемая часть Азербайджана / Первая часть интервью

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın