Rusiyanın Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Federal Xidməti (“Roskomnadzor”) Rusiyada Caliber.az saytını bloklayıb.

YALAN.info bildirir ki, Caliber.az saytına Rusiya Federasiyası ərazisindən giriş məhdudlaşdırılıb.

Yeri gəlmişkən, Rusiya qanunvericiliyini pozaraq, heç bir xəbərdarlıq etmədən sayta girişi məhdudlaşdırıb. Buna səbəb Caliber.az-ın Rusiya-Ukrayna müharibəsi, habelə başqa mövzularla bağlı operativ, dəqiq xəbərlər yayması olub. Bununla da Rusiya alternativ fikrə qarşı dözülməz münasibətini bir daha ortaya qoyub. Görünür, saytın Ukraynada davam edən müharibə ilə bağlı operativ xəbərləri, qərəzsiz informasiyaları Rusiyanın bəzi rəsmilərinin narahatlığı ilə qarşılanıb.

Bildirək ki, Caliber.az rus, ingilis və erməni dillərində fəaliyyət göstərir. Bu baxımdan verilmiş qərarı həm də Caliber.az-ın Rusiyadakı oxucularına qarşı hörmətsizlik hesab etmək olar. Caliber.az heç bir zaman yalan, dəqiqləşdirilməmiş, həqiqətə uyğun olmayan məlumatlar yaymayıb. Bu baxımdan Roskomnadzor-un belə addım atması olduqca qərəzli və qanunsuzdur.

Onu da bildirək ki, Rusiyanın fevralın 24-də Ukraynaya qarşı başladığı müharibə ilə bağlı qərəzsiz, operativ xəbərlər yayan başqa mətbu orqanlar da Rusiyada bloklanıb. Buna Azərbaycanın Oxu.az, Haqqin.az, Baku.ws, Minval.azMusavat.com nümunəsi misal ola bilər. Bütün bunlar “Roskomnadzor”un və başqa rəsmilərin alternativ fikrə qarşı dözülməz münasibətini ortaya qoyur.

Yada salaq ki, Rusiyanın Ukraynaya qarşı başlatdığı genişmiqyaslı müharibədən sonra ölkə ərazisindən yüzlərlə sayta girişə məhdudiyyətlər qoyulub. Onların arasında Facebook, Twitter, Instagram, Google News, BBC News, NPR, “Amnesty International” və hətta Chess.com onlayn şahmat saytı da var.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın