Məşhur müğənni Şakira əsəb böhranı keçirərək xəstəxanaya yerləşdirilib.

YALAN.info bildirir ki, ifaçı “Barselona”nın müdafiəçisi Pike ilə münasibətlərinin kəsilməsi səbəbindən stress yaşayıb.

Bu gün cütlük ayrıldıqları ilə bağlı birgə bəyanatla çıxış ediblər. Mətbuatda dolaşan iddialara görə, ayrılığa səbəb furbolçunun davamlı xəyanətləri olub. Bəyanatdan sonra Şakira təcili yardım maşını ilə Barselonadakı Teknon klinikasına aparılıb.

Məşhur futbolçu Jerar Pikenin tanınmış müğənni Şakiradan ayrılmasına səbəb olan qadının kimliyi bilinib. İddialara görə, ulduz futbolçunun münasibətdə olduğu qadın “Barselona”nın gənc ulduzu Qavinin anasıdır. Qavinin də hadisədən xəbərsiz olduğu bildirilir.

Onu da bildirək ki, Pike və Şakira 2011-ci ildən yaxın münasibətdədirlər, ancaq rəsmi nikahda olmayıblar. Ulduz cütlüyün iki övladı var.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın