Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo (Cristiano Ronaldo) dünya və Avropa çempionatlarında keçirilən oyunların sayına görə rekorda imza atıb.

YALAN.info bildirir ki, Portuqaliyalı tarixdə ilk futbolçu olub ki, həm dünya çempionatında, həm də Avropa çempionatında 20-dən çox oyun keçirib.

O, Avropa turnirində 25 qarşılaşmada iştirak edib. Ulduz futbolçu dünya çempionatı oyunlarında isə 20 dəfə meydana çıxıb. Futbolçunun 20-ci yubiley oyunu isə Cənubi Koreya komandası ilə görüş olub.

37 yaşlı portuqaliyalı əvvəlki klubu “Mançester Yunayted” onunla müqaviləni ləğv etdikdən sonra azad agent statusundadır. 1/8 finalda Portuqaliya G qrupunda ikinci yeri tutmuş İsveçrə millisi ilə görüşəcək.

Onu da bildirək ki, Ronaldo daha öncə də Qana millisi ilə oyunun 65-ci dəqiqəsində penaltidən qol vuraraq çıxış etdiyi 5 dünya çempionatlarında qol vuran yeganə futbolçu olub.

Yada salaq ki, Ronaldo futbol üzrə milli komandalar tarixində ən çox qol vuran oyunçu kimi də tarixə düşüb.

Öncəki xəbərUkrayna-Rusiya müharibəsində 90 mindən çox Rusiya hərbçisi məhv edilib
Sonrakı xəbərMoldova prezidenti Maya Sandu ölkəsinin NATO-ya qoşulmaq istədiyini açıqladı
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın