Reza Deqati Şuşanın işğalından bir neçə gün öncə çəkilmiş şəkli paylaşdı

Dünyaca tanınmış Azərbaycan əsilli fransalı fotoqraf Reza Deqati vaxtilə Şuşa şəhərində çəkdiyi bir fotonu paylaşıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, məşhur fotoqraf öz “Facebook” səhifəsində fotonun tarixçəsi və o günlərlə bağlı xatirələrini yazıb:

“Şuşa 1992.

Şuşadakı son jurnalist idim. Rusiyanın hərbi yardımı və ağır texnika ilə erməni qüvvələrinin mühasirəyə aldıqları şəhəri onun işğalından bir az öncə tərk etməli idim.

Birinci Qarabağ müharibəsini işıqlandırdıqdan sonra başa düşdüm ki, Azərbaycanın həqiqi peşəkar ordusu yox idi, döyüşçülərin çoxu könüllü, ya da polis idi. Mülki şəxslər də Qarabağı qorumaq üçün birləşmişdilər. Durum çox gərgin və tələfatlar çox yüksək olsa da, öz daimi işlərini tərk edən və Azərbaycanın hər yerindən gəlmiş müdafiəçilərin yüksək ruhu məni heyrətləndirirdi.

Bir gün skripkasını cəbhəyə gətirən bu virtuoz skripkaçı ilə tanış oldum. Skripka atəş nəticəsində məhv oldu, ancaq yayı qaldı və həmin skripkaçı öz “Kalaşnikov”undan istifadə edərək bəzi melodiyalar səsləndirdi. Azərbaycanlılar çox yaxşı musiqiçidirlər. Mən Parisə qayıtdım və Qarabağda çəkdiyim şəkilləri azərbaycanlıların davam etməkdə olan faciəsinə, bir milyon qaçqının olduğuna, minlərlə mülki şəxsin qətlə yetirilməsinə göz yummağa qərar verən media üçün gətirdim”, – deyə R.Deqati İngilis və Fransız dillərində vurğulayıb.

Shusha 1992 . I was the last journalist in Shusha and had to leave just before the fall of the city to the Armenian…

Опубликовано Reza Photojournalist Понедельник, 3 мая 2021 г.

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu Xəbərləri də Bəyənəcəksiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir