Karate üzrə beşqat dünya çempionu Rafael Ağayev karyerasını davam etdirməyə və “Combat Karate” ilə yeni müqavilə bağlamağa qərar verdi.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı idmançının özü danışıb:

“Qərara gəlmişəm ki, bundan sonra Avropa, dünya çempionatı, Avropa Oyunlarında və karate olarsa, İslamiadada iştirak edim. Reytinqdə ilk “32-lik”də yerimi saxlamaq üçün il ərzində keçirilən Premyer Liqa yarışlarından bəzisində də iştirak edə bilərəm”.

O bildirib ki, artıq karatenin biznes yönümlü növündə iştirak etməyə hazırlaşır: “Yanvarın 5-dək “Combat Karate” ilə müqavilə bağlamalıyam. Müqaviləm 3 illik olacaq. Artıq bunun üçün MMA və boks məşqlərinə başlamışam”.

Qeyd edək ki, bu il Fuceyrə (BƏƏ), Rabat (Mərakeş), Lissabon (Portuqaliya), Bakı (Azərbaycan) və Moskvada (Rusiya) Premyer Liqa yarışları keçiriləcək. Bakıdakı yarış 4-6 sentyabr tarixlərində baş tutacaq. Bu il həmçinin Türkiyənin Qaziantep şəhərində Avropa çempionatı (11-15 may) və Konyada V İslam Həmrəylik Oyunları (9-18 avqust) kimi mötəbər turnirlər təşkil olunacaq. Avropa Oyunları isə 2023-cü ildə Polşanın Krakuf şəhərində keçiriləcək.

Öncəki xəbərQarabağda qalan qanunsuz erməni silahlı dəstələri arasında kütləvi dava olub
Sonrakı xəbərCloudflare-nin reytinqinə görə, TikTok.com 2021-in ən məşhur saytıdır
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın