Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğan ABŞ-ın “The Wall Street Journal” qəzeti üçün yazdığı köşə yazısında dünyanı Suriya prezidenti Bəşər Əsədi dayandırmağa çağırıb.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Oxu.Az-a istinadən bildirir ki, Türkiyə lideri Suriya ordusunun İdlibə doğru irəliləməsinin humanitar və geosiyasi fəlakətə gətirib çıxaracağını bildirib.

Ərdoğan vurğulayıb ki, İŞİD-in (“İslam Dövləti” terror qurumu) güclənməsi Suriyadakı durumun səbəbi deyil, təzahürüdür.

Türkiyə prezidentinin düşündüyünə görə, bölgədə zorakılığın yayılmasının qarşısı beynəlxalq güclərin yardımı ilə alınmalıdır. Əks halda bu, yeni terror ocaqlarının yaranmasına səbəb olacaq.

Ərdoğan həmçinin bildirib ki, hələ də İdlibdə terror qruplaşmaları var və onları yalnız beynəlxalq antiterror əməliyyatla yox etmək olar. Türkiyə lideri Bəşər Əsədi İdlibdə terrorçuluqla deyil, müxalif siyasi güclərlə döyüşlər arapmaq istəyi güdməkdə ittiham edib. Onun fikrincə, buna görə də Suriya rejimi Türkiyə, Avropa və başqa bölgələr üçün təhlükə qaynağıdır.

Öncəki xəbərRobert Koçaryan barəsində yeni cinayət işi açıldı
Sonrakı xəbərYeni Dünya Müharibəsinin mərkəzi: İdlib nə üçün önəmlidir?
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın