“Rusiya Prezidenti Vladimir Putin bizim 19-cu, 18-ci, 17-ci və başqa əsrlərdən bildiyimiz imperiya düşüncəsindədir”.

YALAN.info bildirir ki, DW nəşrinin məlumatına görə, bununla bağlı Almaniyanın Federal Kansleri Olaf Şolz (Olaf Scholz) bildirib.

O, yenidən Putini atəşi dərhal dayandırmağa və qoşunları Ukraynadan çıxarmağa çağırıb. “Sən öz ölkənin gələcəyini məhv edirsən”, – deyə kansler bildirib.

Kansler Qərbin sanksiyalarının artıq Rusiyanın iqtisadi inkişafına güclü təsir göstərdiyini təkrarlayıb və Kremli Berlinin Ukraynanı müdafiə silahları ilə təmin etməyə davam edəcəyinə əmin edib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın