Azərbaycan xalqı bu gün tarixin yeni səhifələrini yazır. Bununla bağlı Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov Facebook sosial şəbəkəsindəki səhifəsində yazıb. Səfirin yazısı Moldovanın aparıcı informasiya portalları, onların sırasında TRIBUNA, NOI və başqa informasiya portalları tərəfindən dərc olunub. 

Yazıda Qüdsi Osmanov Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə bu gün tarixin yeni səhifələrini yazan Şanlı Azərbaycan Ordusunun zəfərlərindən danışır. “Bir az daha – və bu torpaqların həqiqi sahibləri – təxminən 1 milyon qaçqın və məcburi köçkünlər evlərinə qayıdacaqlar”, – yazıda deyilir.

Səfir həmçinin Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycanın dinc yaşayış məntəqələrinin sistematik şəkildə atəşə tutulması, o cümlədən münaqişə zonasından uzaq olan Gəncə şəhərinin amansız raket atəşinə tutulması və bunun nəticəsində uşaqların, qadınların, günahsız mülki şəxslərin həlak olması məsələsinə toxunur.

“Düşmən hərbi obyektləri deyil, yaşayış məntəqələrini hədəfə alır və bununla da öz faşist mənsubiyyətini göstərir. Onlar Cenevrə Konvensiyasını pozaraq bütün dünya qarşısında mülki şəxslərə qarşı cinayət törədirlər»,- məqalədə deyilir. Sonda diplomat qeyd edir ki, hər gün Azərbaycan bayrağı yeni qəsəbə üzərində dalğalanır. «Bu torpaqlar – xalqımızındır, bu torpaqlar Azərbaycandır. Qarabağ Azərbaycandır!”, – yazıda deyilir.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın