Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Cənubi Qafqazda baş verən proseslərdən, o cümlədən Türkiyə ilə münasibətlərdən danışıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı “Report” “RIA Novosti”yə istinadən xəbər verir.

“Türkiyə kimi tərəfdaşla işləmək nəinki xoşdur, həm də etibarlıdır. Digər sahələrdə olduğu kimi hərbi texniki sahədə də belədir: Türkiyə onların müasir hava hücumundan müdafiə sisteminə ehtiyacı olduğuna qərar verdi. Dedi və aldı”, – V.Putin qeyd edib.

Rusiya Prezidenti həmçinin Türkiyənin Krım məsələsinə münasibəti barədə bunları söyləyib: “O ki qaldı Türkiyənin Krımı Rusiyanın hissəsi olaraq tanımamasına. Nə olsun, bizdə heç də hər şey üst-üstə düşmür, məsələn, Cənubi Qafqaz məsələsində. Fikir ayrılığı mövcuddur. Ancaq biz Avropa və ABŞ-ın da mövqelərini bilirik. Ərdoğanı barmaqla göstərməyə gərək yoxdur, baxın görün başqa ölkələrdə nə edirlər”.

Rusiya Prezidenti Vladimir Putin bildirib ki, ona xarici təzyiqlərə boyun əyməyən türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla çalışmaq rahat və etibarlıdır.

“Bilirəm ki, Prezident Ərdoğan müstəqil xarici siyasət aparır. Heç bir təzyiqə baxmadan biz onunla yetərincə qısa müddətdə “Türk axını” layihəsini həyata keçirdik”, – deyə V.Putin qeyd edib.

“Biz Avropa ilə bu mövzunu (“Şimal axını-2” layihəsinin tikintisi) illərlə çeynəyirik və Avropa heç cür onun üçün tamamilə sərfəli olan “Şimal axını-2” layihəsinin reallaşdırılması üçün elementar müstəqillik və suverenlik nümayiş etdirə bilmir. Ancaq biz Türkiyə ilə bunu kifayət qədər sürətlə etdik, heç bir hay-küyə baxmadan, öz milli maraqlarımızı bilə və anlayaraq Ərdoğan dedi ki, biz bunu edəcəyik və etdik”, – deyə V.Putin vurğulayıb.

Rusiya lideri deyib ki, Rəcəb Tayyib Ərdoğan başqa əməkdaşlıq sahələrində də müstəqil fəaliyyət göstərir.

“Məsələn, hərbi-texniki əməkdaşlıq. Türkiyə qərar verdi ki, onlara müasir HHM sistemi lazımdır, bu gün üçün dünyada ən yaxşı sistem isə Rusiya istehsalı S-400 “Triumf” sistemləridir. Dedi və aldı. Bu cür tərəfdaşla çalışmaq yalnız xoş deyil, eyni zamanda etibarlıdır”, – Rusiya lideri bildirib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın