Avropanın güvənli turistik əraziləri siyahısında Azərbaycanın sərhəd qonşusu olan Gürcüstanın adı bir daha hallanıb.

“Telegraph” bildirir ki, Gürcüstanla yanaşı, Xorvatiya, Monteneqro, Malta, Sloveniya, Finlandiya, Litva, Latviya, Rumıniya, Polşa və Avstriya güvənli ölkələr kimi vurğulanıb.

Dərgidə qeyd olunur ki, Gürcüstanda Avropa ölkələrinə nisbətən koronavirus infeksiyasına yoluxma hallarının sayı 260 dəfə azdır.

Qeyd edək ki, Gürcüstanda ilk koronavirus infeksiyası fevralın 26-da qeydə alınıb, indiyə qədər koronavirusa yoluxan 895 nəfərin 14-ü ölüb, 741-i sağalıb. Ölkədə 140 aktiv koronavirus xəstəsi var.

Öncəki xəbərAzərbaycanda 21 iyundan başlayaraq xüsusi karantin rejimi yenidən sərtləşdirilir
Sonrakı xəbərRəşad Mahmudov Bəhram Bağırzadənin durumuyla bağlı: Xroniki xəstəlik deyil
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın