Azərbaycanın işğal edilmiş Qarabağ bölgəsində yaradılmış qondarma Dağlıq Qarabağ respublikasının “rəhbəri” Araik Arutunyanın adından “hökuməti”nin İrəvana köçürülməsi ilə bağlı paylaşım olunub.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, qondarma hökumətin köçürülməsi ilə bağlı xəbər Araik Arutunyanın “Facebook” hesabından paylaşılıb.

Paylaşımda qeyd olunub ki, bundan sonra sosial və inzibati xidmətləri (sosial ödəmələrin qəbulu, sənədlərin qeydiyyatı və başqa xidmətlər) Ermənistan Respublikasının paytaxtı İrəvandakı Operativ Qərargahda görüləcək.

Bütün bunlar onu göstərir ki, artıq ermənilərin özlərinin yaratdığı qondarma respublika Şanlı Azərbaycan Ordusunun uğurlu əməliyyatları nəticəsində öz işini Dağlıq Qarabağın mərkəzi şəhəri Xankəndidə yerinə yetirmək əzmində deyil.

Qeyd edək ki, bir neçə gün öncə Türkiyə mətbuatı Araik Arutyunyanın avtomobil kortejinin Azərbaycan Ordusu tərəfindən vurulduğunu açıqlayıb. İndiki paylaşımda isə Arutyunyan görünmür.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın