Qırğızıstan hakimiyyəti Qazaxıstan Respublikasının Bişkekdəki səfirliyinə etiraz notası göndərib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı “Sputnik Qırğızıstan” məlumat yayıb.

Notaya səbəb məşhur qırğız musiqiçi Vikram Ruzaxunovun bu ölkənin hakimiyyət orqanları tərəfindən saxlanmasıdır.

Buna etiraz olaraq Bişkek sakinləri Qazaxıstan səfirliyi qarşısında aksiya keçiriblər. Onlar Qazaxıstan hakimiyyətindən qırğız musiqıçinin azadlığa buraxılmasını tələb ediblər. Mitinqdə Milli Təhlükəsizlik Komitəsinin rəhbəri Kamçıbek Taşiyev iştirak edib.

Ruzaxunovun saxlanmasına Qırğızıstan Daxili İşlər Nazirliyi (DİN) də münasibət bildirib. Bölmə musiqiçinin tez-tez Almatıya qastrol səfərinə getdiyini və Yeni il ərəfəsində bu şəhərə dəvət edildiyini bildirib. Ruzaxunov dekabrın 16-da bilet alıb və yanvarın 2-də saat 20:00-da yola düşüb.

MƏNBƏReport informasiya agentliyi
Öncəki xəbərQazaxıstanda iğtişaşlar zamanı 6 minə yaxın adam saxlanılıb
Sonrakı xəbərUFC: Rafael Fiziyev fevralın 19-da Rafael Dus Anjusla döyüşəcək
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın