Qarabağ Futbol Klubu UEFA Çempionlar Liqasında mübarizəyə dünən Olimpiya (Ljubljana) komandasını udmaqla başlayıb.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, Ağdam klubu birinci təsnifat mərhələsinin ilk qarşılaşmasında səfərdə “Olimpiya”nın qonağı olub. Qurban Qurbanovun komandası mübarizəyə Sloveniyadakı uğuru ilə başladı.

Görüşün taleyini ağdamlıların şərəfini qoruyan Donald Gerryenin 79-cu dəqiqədə vurduğu yeganə qol həll edib. Beləliklə də, Azərbaycan çempionu səfərdən qələbə ilə qayıdır.

Qeyd edək ki, Qarabağ FK və Olimpiya (Ljubljana) komandaları arasında cavab oyunu iyulun 18-də Bakıda keçiriləcək.

https://www.youtube.com/watch?v=LgkX1GUNoYo

Olimpiya Ljubljana 0-1 Qarabağ FK: Donald Guerrierin qolu

Öncəki xəbərİngiltərəni 2-1 udan Xorvatiya Dünya Çempionatı 2018-in finalına çıxdı
Sonrakı xəbərBelçika ilk dəfə futbol üzrə Dünya Çempionatında bürünc medal qazandı
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın