Türkmənistan Respublikasının lideri Qurbanqulu Berdiməhəmmədov Qaraqum səhrasında “Cəhənnəm qapısı” kimi tanınan qaz kraterini söndürmək üçün üsul icad etməyi tapşırıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, Prezident Dərvəzə qaz kraterində 1971-ci ildən bəri yanan alovun söndürülməsi üçün işə başlamaq təlimatı verib.

Q.Berdimuhamedov Nazirlər Kabinetinin toplantısında etdiyi çıxışında Dərvəzə bölgəsində uzun illərdir böyük miqdarda qazın yandığını və bu durumun həm ətraf mühit, həm də orada yaşayan insanların sağlığına mənfi təsir etdiyini söyləyib.

“Dərvəzədə ölkəyə önəmli gəlir gətirə biləcək bir qaynaq heç olur” deyən prezident hökumətə yerli və xarici alim və mütəxəssiləri bir araya gətirərək yanğını söndürmək üçün yollar axtarmaq təlimatı verib.

Qeyd edək ki, SSRİ dövründə geoloqların çalışması zamanı səhvən yanan krater 1971-ci ildən bəri aktiv vəziyyətdədir. Ancaq “Cəhənnəm qapısı” kimi tanınan bu krater turistlərin marağını cəlb edir.

Süni mənşəli olsa da, təxminən yarım əsrdir ki, təbiət abidəsi kimi qəbul edilir. 1971-ci ildə təbii qaz axtarışı üçün bu yerdə quyu qazılan zaman çökmə baş verir. Geoloqlar çuxurdan çıxan qazın bir neçə günə tamamilə yanacağına ümid edərək onu yandırmaq qərarına gəliblər. Buna baxmayaraq, yanğın bu günə qədər davam edir.

Öncəki xəbərİraq parlamentində deputatlar dalaşdı, spiker xəstəxanalıq oldu
Sonrakı xəbərQazaxıstanda muzdlu kimi həbs olunan qırğız musiqiçi azadlığa buraxıldı
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın