Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Müdafiə naziri Sergey Şoyqu Müdafiə Nazirliyi Kollegiyasının geniş toplantısında Dağlıq Qarabağdakı Rusiya sülhməramlıları barədə danışıblar.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, “RIA Novosti”-nin məlumatına görə, Vladimir Putin Rusiya sülhməramlılarının Qarabağda təhlükəsizliyin qarantı olduğunu deyib:

“Sülhməramlılar humanitar vəziyyətin yaxşılaşması, ərazilərin minalardan təmizlənməsi, sosial infrastrukturun bərpası üçün əllərindən gələni edirlər.

Onlar bu torpaqlara dinc həyatın qayıtması üçün həyatlarını riskə atırlar”.

Bu barədə Rusiya Müdafiə Nazirliyinin genişləndirilmiş kollegiya toplantısında Müdafiə naziri Sergey Şoyqu isə deyib:

“Rusiya sülhməramlılarının Dağlıq Qarabağda olduğu zaman ciddi hadisələrin baş verməsinə icazə verilməyib”.

“Bu günə qədər heç bir ciddi hadisəyə yol verilməyib. Mülki nəqliyyat vasitələrinin Laçın dəhlizi boyunca təhlükəsiz hərəkəti açıqdır və dəstəklənir”, – deyə o bildirib.

Şoyqu qeyd edib ki, Rusiya sülhməramlılarının rəhbərliyi altında “hamının hamıya” prinsipi ilə Ermənistan və Azərbaycan tərəfləri arasında hərbi əsir mübadiləsi təşkil edilib. Bundan başqa, cəsədlərin dəyişdirilməsi də aparılıb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın