Prezident Vladimir Putin Rusiya XİN-ə Dağlıq Qarabağdakı durumla bağlı BMT strukturları, Beynəlxalq Qırmızı Xaç Komitəsi, ATƏT və UNESCO-nu məlumatlandırmağa davam etməyi tapşırıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı “RIA Novosti” məlumat yayıb.

Rusiya Prezidenti həmçinin XİN rəhbəri Sergey Lavrova Rusiyanın ATƏT-in Minsk Qrupundakı tərəfdaşlarına və beynəlxalq təşkilatlara Dağlıq Qarabağdakı vəziyyətlə bağlı məlumat verməyi tapşırıb.

Öz növbəsində Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov çıxış edərək bildirib ki, Moskva Dağlıq Qarabağla bağlı əldə edilmiş anlaşmalarla bağlı ABŞ və Fransanı məlumatlandırıb.

“Biz həmkarlarımızı, ilk növbədə bizimlə birlikdə ATƏT-in Minsk Qrupunun həmsədri olan ABŞ və Fransanı ətraflı məlumatlandırdıq. Mən Fransanın Xarici İşlər naziri ilə danışdım, durumu və göstərdiyimiz səyləri ətraflı açıqladım. Biz həmçinin amerikalı həmkarlarımızla da danışmışıq. Nyu-Yorkda BMT Təhlükəsizlik Şurası Rusiya tərəfindən göstərilən və noyabrın 9-da anlaşmanın imzalanmasına imkan verən bütün səylərlə bağlı tamamilə məlumatlandırılıb”, – deyə S.Lavrov bildirib .

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putinin Dağlıq Qarabağda humanitar problemlərin həlli üzrə keçirdiyi toplantıya Müdafiə Naziri Sergey Şoyqu, XİN rəhbəri Sergey Lavrov, FTX rəhbəri Aleksandr Bortnikov, FHN rəhbəri Yevgeni Ziniçev qoşulublar.

Vladimir Putin: Liderlərin bəyanatı bölgəsə durumun stabilləşdirilməsinə imkan verdi

Azərbaycan, Ermənistan və Rusiya liderlərinin Dağlıq Qarabağla bağlı birgə bəyanatı qan tökülməsinin qarşısını almağa və regionda vəziyyətin stabilləşdirilməsinə imkan verdi.

“RIA Novosti”nin məlumatına görə, bu sözləri Rusiya Prezidenti Vladimir Putin Dağlıq Qarabağda humanitar məsələlərin həllinə həsr olunmuş toplantıda çıxışı zamanı deyib.

Rusiya Prezidenti qeyd edib ki, Qarabağdakı əhalinin dinc həyata qayıtmasına yardım məsələsi çox önəmli və aktual məsələdir.

V.Putin Rusiyanın yaratdığı Qarabağla bağlı humanitar mərkəzin fəaliyyətinin beynəlxalq strukturlar, o cümlədən BMT və ATƏT, həmçinin MDB-dəki tərəfdaşlar tərəfindən dəstəklənəcəyinə ümid etdiyini bildirib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın