“Ermənistan Dağlıq Qarabağın müstəqilliyini və suverenliyini tanımayıb. Bu, o demək idi ki, beynəlxalq hüquq baxımından həm Dağlıq Qarabağ, həm də ətraf rayonlar Azərbaycan Respublikası ərazisinin ayrılmaz tərkib hissəsi olub və indi də elədir”.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, “RIA Novosti”nin məlumatına görə, bu sözləri Rusiya Prezidenti Vladimir Putin deyib.

Vladimir Putin qeyd edib ki, KTMT üzvlüyü şərtləri Rusiyanı münaqişəyə qarışmaq məcburiyyətində qoymayıb.

“KTMT müqaviləsi, bu müqaviləyə üzv dövlətin ərazisinə təcavüz halında qarşılıqlı yardım nəzərdə tutur.

Ermənistan Respublikası ərazisinə heç kim müdaxilə etməyib və bu, bizə hərbi əməliyyatlarda birbaşa iştirak etməklə bağlı heç bir hüquq vermir”, – deyə Rusiya lideri bildirib.

“Rusiya sadəcə vasitəçi rolunu yerinə yetirib və bu sənəd üzrə tərəflərin sülh yolu ilə aralanmasını həyata keçirmək məsuliyyətini öz üzərinə götürüb. Biz indi elə bunu edirik”, – deyə V.Putin bildirib.

Rusiya lideri vurğulayıb ki, müqavilənin müəllifləri üç tərəf – Rusiya, Azərbaycan və Ermənistan olub:

“Mətnin özünə gəldikdə isə bunu biz üçümüz etdik – mən, təbii ki, Azərbaycan Prezidenti İlham Əliyev və baş nazir Nikol Paşinyan. Başqa cür ola bilməzdi, çünki mahiyyətcə bu, iki tərəf arasındakı anlaşma idi”.

“Rusiya Dağlıq Qarabağla bağlı anlaşmanın əldə olunmasında yalnız vasitəçi rolunu oynadı və öz üzərinə tərəflərin sülh yolu ilə aralanması üçün öhdəliklər götürdü”.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın