Rusiya Federasiyasının Prezidenti Vladimir Putin bildirib ki, oktyabr ayında Azərbaycan Prezidenti İlham Əliyevi qaçqınların Şuşa şəhərinə qayıtması şərti ilə Qarabağda hərbi fəaliyyətləri dayandırmağa razı salıb, ancaq Ermənistanın baş naziri Nikol Paşinyan buna qarşı çıxış edib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, “RIA Novosti”-nin məlumatına görə, bu sözləri Rusiya Prezidenti Vladimir Putin deyib.

O, bildirib ki, 19-20 oktyabrda həm İlham Əliyev, həm də Nikol Paşinyanla bir sıra telefon danışıqları aparıb. Putinin sözlərinə görə, onun üçün gözlənilməz şəkildə İrəvan bu təklifi qəbul etməyib.

Rusiya lideri əlavə edib ki, döyüşlərin sona çatmasına qədər Qarabağda durum kritik olub, ATƏT-in Minsk Qrupu çərçivəsində danışıqlar aparmaq vaxt çatışmazlığına görə mümkünsüz olub.

V.Putin bildirib ki, Ermənistanın Qarabağla bağlı 10 noyabrda əldə olunmuş anlaşmadan imtina etməsi ölkə üçün intihar ola bilər.

“Azərbaycan Silahlı Qüvvələri Şuşanı nəzarətə götürdü. Paşinyanın dediyi kimi, durum erməni tərəfi üçün kritik idi. Saatların hesabı gedirdi. Xankəndinin götürülməsi və sonrakı irəliləyiş ola bilərdii”, – deyə V.Putin vurğulayıb.

Rusiya prezidenti Qarabağ bölgəsində qan tökülməsini dayandırmağa nail olmağın çox önəmli olduğunu vurğulayıb.

Почему бои в Карабахе не удалось остановить в октябре

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın