Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularını orden və medallarla təltif edilməsi haqqında sərəncam imzalayıb. 

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, Prezident.az saytında bununla bağlı sərəncamlar paylaşılıb.

Sərəncamlarla Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən cəsarət və fədakarlıq göstərmiş, eyni zamanda təşəbbüskar və qətiyyətli hərəkətlər sərgiləmiş 76 349 hərbçi təltif edilib.

Dövlət başçısının iyunun 24-də imzaladığı sərəncamlarla 11 365 nəfər “Füzulinin azad olunmasına görə”, 11 831 nəfər “Xocavəndin azad olunmasına görə”, 3 435 nəfər “Zəngilanın azad olunmasına görə”, 10 211 nəfər “Cəbrayılın azad olunmasına görə”, 5 867 nəfər “Qubadlının azad olunmasına görə”, 5 784 nəfər “Şuşanın azad olunmasına görə”, 3 522 nəfər “Ağdamın azad olunmasına görə”, 4 225 nəfər “Kəlbəcərin azad olunmasına görə”, 2 643 nəfər “Laçının azad olunmasına görə”, 10 647 nəfər “Suqovuşanın azad olunmasına görə”, 731 nəfər “Vətən uğrunda”, 616 nəfər “İgidliyə görə”, 2 893 nəfər “Cəsur döyüşçü”, 786 nəfər “Döyüşdə fərqlənməyə görə”, 1 743 isə “Hərbi xidmətlərə görə” medalları ilə təltif ediliblər.

Prezidentin başqa Sərəncamı ilə 2 nəfər “Qarabağ”, 28 hərbiçi “Azərbaycan Bayrağı”, 13 nəfər 3-cü dərəcəli “Rəşadət”, 7 nəfər isə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenləri ilə təltif olunublar.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın