Yamaykalı sprinter, 8 qat Olimpiya çempionu Useyn Bolt (Usain Bolt) Tokio Oyunlarında onun 100 və 200 metr məsafələrdəki dünya rekordlarının yenilənməyəcəyinə əmindir.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, idmançı bununla bağlı Beynəlxalq Olimpiya Komitəsinin Instaqram hesabındakı canlı yayımda deyib.

İndi qaçış üzrə yarışlarda 100 metr məsafədəki dünya rekordu 9.58 saniyə, 200 metrdə isə 19.19 saniyədir.

U.Bolt bu uğuru 2009-cu il Dünya Çempionatında əldə edib. İdmançının düşündüyünə görə, indi atletlər onun rekordunu yeniləmək üçün yetərli səviyyədə hazırlıqlı deyillər.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın