“Bu günədək Ukraynanın Kiyev vilayətinin azad edilən ərazilərində 900-dən çox dinc sakinin meyiti aşkarlanıb”.
YALAN.info bildirir ki, bunu Kiyev vilayəti Milli Polisi Baş İdarəsinin rəisi Andriy Nebitov aprelin 15-də keçirdiyi brifinqdə bildirib.
O, həmin meyitləri aşkarladıqdan sonra detallı araşdırılması üçün məhkəmə-tibbi ekspertizaya verdiklərini deyib.
A.Nebitov vurğulayıb ki, Buça şəhərində isə Rusiya hərbçilərinin qətlə yetirdikləri 350-dən çox vətəndaşın meyiti çıxarılıb.