Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə müharibə başlayandan indiyədək ordunun itkilərini açıqlayıb.

YALAN.info bildirir ki, bununla bağlı Ukrayna lideri CNN-ə müsahibəsində deyib.

“Bizdə olan rəqəmlərə görə düşünürük ki, 2 500-dən 3 000-ə qədər hərbçimizi itirdik. 10 min yaralımız var, onlardan neçəsinin sağ qalacağını demək çətindir”, – Zelenski vurğulayıb.

Eyni zamanda Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı müharibə başlayandan bu yana Rusiya Ordusunun 20 000-ə yaxın hərbçisinin zərərsizləşdirildiyini bildirib.

Bundan başqa, hücum edən tərəfin 756 ədəd tankı, 1 976 ədəd zirehli döyüş maşını, 366 ədəd artilleriya sistemi, 122 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 66 hava hücumundan müdafiə sistemi, 163 ədəd hərbi təyyarəsi, 144 ədəd helikopteri, 1 443 ədəd nəqliyyat vasitəsi, 8 ədəd gəmi/kater, 76 ədəd yanacaq çəni, 135 ədəd dronu, 25 ədəd xüsusi texnikası və 4 operativ-taktiki raket kompleksi məhv edilib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın