Instagram modeli Natalia Garibotto açıq-saçıq fotosunu kimin bəyəndiyini gördükdə gözlərini ovuşdurmalı olub: bu Roma papası Papa Françesko (Pope Francis) idi.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, 27 yaşlı braziliyalı bikini modeli sözügedən fotonu 13 noyabrda yayımlayıb və Papa Françiskonun rəsmi Instagram səhifəsindən bəyənilmişdi.

Fotoda Natalia Garibotto seksual məktəb paltarında bir şkafdan dərs kitablarını necə götürdüyünü görə bilərsiniz. Model paylaşıma “Mən sənə bir şey öyrədə bilərəm” açıqlamasını yazıb.

Model Barstool Sports bloguna cavabında “Anam arxamın şəkillərinə nifrət edə bilər, ancaq Papa ona tıklayır” deyib. Sonra Twitter-də zarafatla: “Heç olmasa cənnətə gedirəm” yazıb.

Vatikan Papanın, ya da onun adından birinin fotonu necə bəyəndiyini araşdırmağa başladı. Bəyənmə isə artıq 14 noyabrdan sonra qaldırılıb.

Onu da deyək ki, Papa Françiskonun rəsmi Instagram səhifəsini (@franciscus) 7,4 milyon insan izləyir. Braziliyalı bikini modeli Natalia Garibottonun (@nataagataa) isə 2,4 milyon izləyicisi var.

Öncəki xəbərİlham Əliyev Ağdamın azad olunması ilə bağlı xalqa müraciət edib
Sonrakı xəbərRusiya sülhməramlılarının Qarabağda yerləşdirilməsi prosesi başa çatıb
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın