Rusiya sülhməramlı kontingentinin Dağlıq Qarabağ bölgəsində yerləşdirilməsi tamamilə başa çatıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, “RIA Novosti”nin məlumatına görə, bu sözləri Rusiyanın Müdafiə naziri Sergey Şoyqu deyib.

“Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağda yerləşməni tam şəkildə başa çatdırıb və qarşıya qoyulmuş tapşırıqların yerinə yetirilməsinə başlayıb”, – deyə S.Şoyqu bildirib.

Müdafiə naziri bildirib ki, toplam 250 təyyarə uçuşu yerinə yetirilib, 1960 hərbçi və 552 texnika daşınıb, 23 müşahidə postu yerləşdirilib. Laçın dəhlizi və yolun Xankəndiyə qədər olan 28 kilometrlik hissəsi tam şəkildə partlayıcı predmetlərdən və vurulmuş texnikalardan təmizlənib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın