Ermənistan Respublikası tərəfindən törədilən genişmiqyaslı təxribatların, kiberinsidentlərin qarşısının alınması məqsədilə ölkəmizdə internetin verilişinə tətbiq edilmiş müvəqqəti məhdudiyyət, işğaldan azad olunmuş və keçmiş cəbhəyanı ərazilər istisna olmaqla 12 noyabr 2020-ci il tarixində aradan götürüləcək.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunu nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə sosial media hesabında bildirib.

Onun sözlərinə görə, ötən müddət boyunca internetin verilişinin məhdudlaşdırılması ilə bağlı göstərdikləri anlayışa görə Azərbaycanın çoxmilyonluq internet istifadəçilərinə təşəkkür edirik.

Qeyd edək ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi 27 sentyabr 2020-ci il tarixindən ölkə üzrə internetin verilməsində məhdudiyyətlər tətbiq etmişdi.

Öncəki xəbərSeyran Ohanyan Şuşa döyüşlərində vuruşaraq uduzduq dedi
Sonrakı xəbər44 günə sığdırılan 30 illik həsrət: Şuşa ilə taclandırılan Qarabağ Azərbaycandadır!
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın