Almaniya kansleri Olaf Şolts Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Fransa Prezidenti Emmanuel Makronla telefon danışığı aparıb.

YALAN.info bildirir ki, TASS agentliyinin məlumatına görə, bununla bağlı Almaniya Federativ Respublikası hökumətinin sözçüsü Şteffen Hebeştreit jurnalistlərə bildirib.

Telefon danışığı 90 dəqiqə davam edib və Ukraynadakı vəziyyətin nizamlanmasına həsr olunub.

“Kansler və Fransa prezidenti atəşkəsin dərhal bərqərar edilməsini və Rusiya ordusunun çıxarılmasını təkid ediblər. Onlar Rusiya Prezidentini Ukrayna lideri ilə birbaşa danışıqlar aparmağa və münaqişənin diplomatik yolla həllini axtarmağa çağırıblar”, – Hebeştreit deyib.

O qeyd edib ki, söhbət Almaniya və Fransa liderlərinin təşəbbüsü ilə baş tutub.

MƏNBƏTASS
Öncəki xəbərTürkiyə Silahlı Qüvvələri İraqın şimalında 18 terrorçunu zərərsizləşdirib
Sonrakı xəbərFulya Öztürk: Qələbədən sonra Azərbaycan xalqının bu coşğusu məni duyğulandırdı
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın