Almaniya Bundestaqında keçirilən səsvermə nəticəsində sosial demokrat Olaf Şolts (Olaf Scholz) Almaniya Federativ Respublikasının yeni kansleri seçilib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, ilk turda 395 səs toplayan O.Şolts Almaniyanın yeni kansleri olub.

Kansler müzakirəsiz gizli səsvermə yolu ilə seçilir. Birinci turda qalib gəlmək üçün namizəd səslərin mütləq əksəriyyətini qazanmalıdır. Bu o deməkdir ki, Almaniya Federativ Respublikasının hazırkı Bundestaqında 736 deputatdan ən azı 369-u lehinə səs verməli idi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının Federal Kansleri Olaf Şoltsu təbrik edib: “Biz Azərbaycan ilə Almaniya arasındakı dostluq və əməkdaşlıq əlaqələrinin inkişafına özəl önəm veririk. Siyasi, iqtisadi və mədəni sahələrdə səmərəli əməkdaşlığımız dövlətlərarası münasibətlərimizi səciyyələndirən mühüm amillərdəndir.

İnanıram ki, gələn il diplomatik əlaqələrin qurulmasının 30 illiyini keçirəcək ölkələrimiz arasında münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir”.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın