Münhen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən görüşdə Böyük Yeddilik (G7) ölkələrinin (Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, Böyük Britaniya və ABŞ) xarici işlər nazirləri danışıqların yekunlarına dair birgə bəyanat yayıblar.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, G7 ölkələrinin bəyanatında Ukrayna ilə sərhəddə Rusiyanın hərbi varlığının təhdidedici artmasından ciddi şəkildə narahatlıq ifadə edilir.

Bəyanata görə, Rusiya silahlı qüvvələrinin səbəbsiz artırılması qlobal təhlükəsizliyə və dünya nizamına çağırışdır. G7 Minsk razılaşmalarının tam şəkildə həyata keçirilməsi üçün Normand formatının səylərini dəstəkləyir.

“Ukraynanın şərqindəki münaqişənin davamlı siyasi həllinin yeganə yolu olan Minsk razılaşmalarının tam şəkildə həyata keçirilməsini təmin etmək üçün Normand prosesi çərçivəsində Almaniya və Fransanın səylərini yüksək qiymətləndirdiyimizi və davamlı dəstəyimizi vurğulayırıq”, – bəyanatda deyilir.

Yeddilik ölkələri Ukraynanın suverenliyi və ərazi bütövlüyünə sadiqliyini bir daha təsdiqləyir. “Biz Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri və ərazi suları daxilində suverenliyinə və ərazi bütövlüyünə sarsılmaz sadiqliyimizi bir daha təsdiqləyirik”, – bəyanatda deyilir.

Eyni zamanda göstərilir ki, “Yeddilik Qrupu” həm də “istənilən suveren dövlətin öz gələcəyini və təhlükəsizlik mexanizmlərini müəyyən etmək hüququnu təsdiqləyir”. “Biz davam edən təxribatlar və sabitliyi pozma cəhdləri qarşısında Ukraynanın təmkinli mövqeyini alqışlayırıq”, mətndə vurğulanır.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın