Nigeriyanın Zamfara əyalətində kəndə silahlı hücum nəticəsində 37 nəfər həyatını itirib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, yerli mətbuatın məlumatına görə, motosikletli silahlı şəxslər Zamfara əyalətinin Qanar Kiyava kəndinə hücum ediblər. Hücum nəticəsində çox sayda yerli sakin yaralanıb.

Əyalət hökuməti silahlılarla mübarizə aparmaq üçün 4200 təhlükəsizlik işçisi cəlb edib. Martın 20-də Zamfara vilayətində silahlı şəxslərin həyata keçirdikləri hücumda ilkin təsbitlərə görə 24 nəfərin öldüyü bildirilmişdi.

Yada salaq ki, yanvarın 4-5-də Zamfaranın Anka və Bukkuyum bölgələrində baş verən silahlı hücumlarda 200-dən çox insan həlak olub, yüzlərlə insan yaralanıb, 700 mindən çox insan evini tərk edib.

Onu da bildirək ki, əyalət 5 ildir heyvandarlıqla məşğul olan fulanilərlə əkinçiliklə məşğul olan başqa tayfalar arasında şiddətli qarşıdurmalara səhnə olub.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın