Niderland hakimiyyəti öz vətəndaşlarını təhlükəsizlik baxımından mümkün qədər tez Ukrayna ərazisindən çıxmağa çağırıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bununla bağlı xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, oxşar tövsiyə Britaniya Xarici İşlər Nazirliyi tərəfindən də verilib. “Britaniya Xarici İşlər Nazirliyi Ukraynaya səfər etməməyi tövsiyə edir. Ukraynada olan Britaniya vətəndaşları kommersiya uçuşlarının mövcud olduğu bir vaxtda dərhal oranı tərk etməlidirlər”, – Britaniya mediası məlumat yayıb.

Yaponiya Xarici İşlər Nazirliyi həmvətənlərini Ukraynanı dərhal tərk etməyə çağıran tövsiyə yayıb. “Nikkei Asia”nın məlumatına görə, indi Ukraynada təxminən 150 yapon ola bilər.

Bundan öncə ABŞ, İsrail və Cənubi Koreya öz vətəndaşlarından təhlükə yarada biləcək ərazilərdən çıxmağı xahiş edib. Amerika Birləşmiş Ştatlarının prezidenti Co Bayden xəbərdarlıq edib ki, Ukraynada durum birdən-birə qarışa bilər.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın