ABŞ-ın keçmiş prezidenti Donald Trampın “TRUTH Social” proqramının serverləri işə salınıb. Sosial şəbəkənin tanıtımı isə bu ilin mart ayının sonuna planlaşdırılıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bu bağlı “FOX Business” şirkətdən olan mənbəyə istinadla bildirib.

Bildirilir ki, “Trump Media & Technology Group” (TMTG) şirkətinin “TRUTH” sosial proqramının “beta” sınaqları davam edir. Proqramın özü isə artıq “App Store” mağazasında əlçatandır.

Tərtibatçılar bildiriblər ki, TMTG San-Fransiskoda yerləşən “Hive” ilə əməkdaşlıq edir. Bu startap şirkəti şəkillər, videolar və mətnlər üçün avtomatlaşdırılan bulud əsaslı süni intellekt həlləri ilə təmin edəcək. “Hive” texnologiyası bütün bu məzmun növləri üçün avtomatik moderasiya təmin edir.

“Biz çox dostcanlı olmaq istəyirik. Bu yerin çox güvənli olmasını arzulayırıq və saytda qanunsuz heç bir kontentin olmamasına diqqət edirik”, – deyə Trampın sosial şəbəkəsinə rəhbərlik etmək üçün öz vəzifəsini tərk edən keçmiş konqresmen Devin Nunes bildirib.

Bu arada Trampın özü bəyan edib ki, “TRUTH Social” söz azadlığı hüquqlarını qoruya bilmək üçün “Big Tech”ə müqavimət göstərəcək.

“Trump Media & Technology Group” (TMTG) layihəsi 2021-ci ilin oktyabrında işə salınıb. Şirkət keçən ay institusional investorlardan 1 milyard dollar vəsait tapdıqlarını bildirib.

1 AÇIQLAMA

  1. Trendex olaraq karqo sektorundakı xidmət anlayışımız Karqo baku türkiyə disiplinə və dəqiqliyə söykənir. Sektordakı ən son texnoloji yenilikləri də yaxından izləyərək hər keçən gün daha da inkişaf edirik.
    Trendex fəaliyyətə başladığı ilk gündən bu yana dəyişən və inkişaf edən dünyada əsl şirkət tələblərinə uyğun olaraq müştəri məmnuniyyətini əsas götürür.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın