Instagramın loqosu nə üçün dəyişdi? 400 milyon istifadəçi tərəfindən hər gün 80 milyon foto və video paylaşılan bir platformanız olunca ən kiçik bir dəyişiklik belə çox gözə batır. Ancaq Instagramın etdiyi dəyişiklik ən dəyişiklik sevərləri belə zorlayacaq kimidir.

Instagramın loqosuna nə çox alışmışıq. Halbuki, 5 il öncə həyatımızda elə bir şey yoxdu. Onun görməyə alışıq olduğumuz loqosu ilk ortaya çıxdığında foto çəkib filtr qoşaraq paylaşmaqdan başqa çox az iş görə bilirdi. Oysa indi video çəkilir, kollaj edilir, GIF bənzəri “boomerang”lar, “hyperlapse”lər qurulur. Yəni uşaq böyüməyə başladı. Üstündəki geyimi yeniləməyin vaxtı çoxdan gəldi. Zatən ona görə Instagramın dizayn komandası 1 ilə yaxındır bu dəyişiklik üzərində çalışırmış.

Instagram bizim mobil telefonlarımızda yaşayır və orada tək başına deyil. Bir çox uyğulamanın arasında mənə toxun və məni işlət deyərcəsində bizə baxır. Mobil telefonlarımızın da özünün özəl bir spesifik dizaynı var. Bu dizaynlar son illərdə düzləşdi. Düzləşdi deyərkən “flat design” axımından danışıram. Oysa ondan öncə “Skeuomorphism” deyilən bir başqa dizayn axımı yayılmışdı. Hə, belə bir kəlimə gerçəkdən də var. O zamanlar gerçək həyatdakı nələrisə kompyuter ekranına ola bildiyi qədər gerçəkci bir şəkildə gətirmək dəbdəydi. Misal üçün, bir təqvim uyğulaması quracaqsınızmı, gerçək bir stolüstü təqviminə olabildiyi qədər bənzədin. Kənarlardakı yırtıq səhifə ayrıntısını görə bildinizmi?

Son illərdə hər şey düzləşməyə başladı. İkonlar da bundan öz payını aldı. Belə bir dünyada Instagramın keçmiş loqosu o qədər demode qaldı ki…

Tamam. Loqonun dəyişməsinə razı olduq. Mişarları çıxardıb ağacımızı budamağa başlaya bilərik. Özəlliklə loqo dizaynında tam da bu edilir. Gerçək həyatda markanın təmsil etdiyi dəyərlərə baxıp onu pikselləşdirirsiniz. İlk pikselləşdirmələr ortaya çıxdıqdan sonra da onu sadələşdirməyə başlayarsınız, yəni budayarsınız. Instagramçılar da bunu etmiş, keçmiş loqonu budamışlar, budamışlar, budamışlar; sonunda ağac ağaclıqdan çıxmağa başlayınca bir az panikaya qapılmışlar. Bir ağacı budadıqdan sonra qollarını, yapraqlarını yerinə qoya bilməzsən ki. Onu təkrar rəngləndirmək üçün nə edək deyə düşünmüşlər və əllərinə bir sprey boya alıb rəngarəng boyamağa qərar vermişlər. Eyni loqoya şirkətin yüklədiyi anlam isə belə: “Yenilənmiş görüntümüz istifadəçilərimizin anlatdığı hekayələrin nə qədər fərqli və canlı olduğunu daha yaxşı yansıdır.”

Buradan da anlaşılır ki, hər məsələdə olduğu kimi dizaynda da qurduğumuz işi yaxşı anlatmaq, sunmağı bacarmaq gərəkdir. Dizaynla hekayə anlatmaq önəmli bir texnikadır.

Loqo dizaynlarında uyğulanan bir başqa texnika isə “loqonu 5 saniyədə yadda saxla və ciz qaydası”dır. Adı üstündə, dizaynçı olmayan bir kişi gördüyü bir loqonu yaddaşından 5 saniyə içində qələmlə cizə bilirsə, o loqo yetərli qədər sadə, yaddaqalan və dolayısıyla hədəfinə çatmış bir loqodur. Instagramın köhnə loqosunu ağıldan cizə bilmək olduqça çətindir, ancaq çalışdıqda kameranın linzası, sağ üst küncdəki vizor və göyqurşağı rəngləri ağılda qalır. Əslinə baxsanız yeni loqoda bu üçü də var. Sadəcə göyqurşağı rəngləri bir az isitilmiş, daha isti tonlara daşınmışdır.

Bu rəngarəng loqoya tıkladığınızda qarşınıza gələn uyğulamadaysa sadəcə tək rəng var, “monoxromatik” bir dizayn tərcih edilmiş. Beləcə interfeys bir ön görüntü olmaqdan çıxıb gerçəkdən də bir interfeys halına gəlmiş olur. Sizinlə fotolarınız arasında səssiz-küysüz duran rəngsiz bir kətan kimi. Uyğulamanın içində gördüyümüz rəngli hər şey bizim çəktiyimiz fotolardan və videolardan gəlir.

Bu loqo dəyişimində dizayn kitablarındakı haradasa hər qayda hərif-hərifə uyğulanmış kimi görünür. Yəni teoriyada hər şey tamam. Üstəlik sadəcə dizayn teoriyası da deyil. Nerobilim teknikaları acısından da “vizual ziddlik” sağlanmış, çünki insanlar bu cür görüntülərə daha öncə baxar, daha çox baxar və daha uzun baxar;  “yüksək yoğunluqlu anlam”a sahib, çünki insanlar sadə, ancaq anlam yüklü görüntüləri sevərlər; “yuvarlaq xəttlər” daşıyır, çünki insanlar künclü dizaynlardan çox yuvarlaq xətli dizaynlara baxmağı üstün tuturlar. Ancaq praktikada ona baxdıqda bir şeylər əskilmiş kimi duyur insan. Köhnə loqoya Instagramın ruhu elə bulaşmışdı ki. Çox özünə xasdı. Trendləri izləməzdi, trend yaradıcı idi. Tamam köhnəlmişdi, kirlənmişdi, ancaq yeni loqo onu təmizləmək üçün axşamdan paltar suyuna basdırıb sabaha da üç su yuyulduqdan sonrakı halına dönmüş kimidir.

Nəysə, Google-un loqosu dəyişincə də bir video çəkmişdim və orada “sevdinizmi, sevmədinizmi” deyə soruşdum. Sonunda öyrəşərsiniz. İndi də sizə dəyişiklikləri sevirsinizmi deyə soruşsam, yəni ki, soruşuram, haydı rəylərlə cavablayın – əminəm bir çoxunuz hə, çox sevirik deyərsiniz. Ancaq gerçəkdə bir dəyişiklik olduğunda insanların çoxu bundan xoşlanmaz. Instagramın yeni loqosundan da bir çox kişi nifrət etdi. Mənə gəlincə… Mən zatən köhnə loqonu çoxdan dəyişdirmişdim.


Nə üçün Instagramın loqosu dəyişdirildi?

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın