Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası (MTRŞ) Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin dini mövzularda yayım həyata keçirəcək televiziya və radionun açılması ilə bağlı fikirlərinə münasibət bildirib.

Qurumun Aparat rəhbəri Toğrul Məmmədov Reporta açıqlamasında bildirib ki, bu məsələ “Televiziya və radio yayımı haqqında” qanunla tənzimlənir.

O bildirib ki, qanunun 10-cu maddəsinin tələbinə əsasən, Azərbaycanda dini televiziya və radionun təsis edilməsi və yayımı mümkün deyil: “Qanunvercilik buna yol vermir. Eyni zamanda, Milli Televiziya və Radio Şurası tərəfindən yaxın gələcəkdə yeni telekanalın açılması üçün müsabiqənin elan edilməsi də gözlənilmir”.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın