Türkiyənin Xarici İşlər Naziri Mövlud Çavuşoğlu Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsiylə bağlı Rusiyayla anlaşmaya gəldiklərini bildirib: “Ermənistan işğal etdiyi ən azı 5 Azərbaycan rayonundan geri çəkilməlidir. Rusiya bizimlə bu ideyanı paylaşdı, biz isə dəstəklədik. Biz Qarabağ probleminin həlli üçün çox çalışmışıq. Ermənistanla münasibətin normallaşması üçün də çox iş görmüşük. Hətta İsveçrədə saziş də bağlamışıq, lakin bu, nəticə verməyib”, – deyə Çavuşoğlu Avropa Birliyinin Parlament Assambleyasının iclasında Milli Məclisin deputatı Qənirə Paşayevanın sualına cavab olaraq bildirib.

“Bu gün Minsk qrupunun və Rusiyanın həmsədrləri bir sıra konstruktiv təkliflər irəli sürüblər. Gündəmdə işğal olunmuş ən azı beş rayonunun Azərbaycana qaytarılması məsələsi durur.  Rusiya bu təklifi paylaşdı, Türkiyə isə onu dəstəklədi. Bunu Azərbaycan tərəfi ilə də müzakirə etdik.

Əgər bu cür addımlar atılsa, biz Azərbaycanın istənilən qərarını dəstəkləyəcəyik. Biz Ermənistanla da münasibətlərin normallaşmasını istəyirik.

Əgər bu problem həll olunsa, güman edirik ki, Azərbaycan da bunu istəyəcək. Nəyə görə Cənubi Qafqazda bu cür təhlükə, bu cür problem olmalıdır? Niyə o, həll olunmur? Minsk qrupu da səy göstərməlidir”, – deyə Türkiyənin XİN başçısı Mövlud Çavuşoğlu qeyd edib (Haberler.com yazır).

Öncəki xəbərAzərbaycan cüdosu Rüstəm Orucovla Dünya reytinqində ilk onluqda
Sonrakı xəbərTanınmış Qazaxıstan qrupu Turkiss: Azərbaycan qızları çox gözəldir
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın