“Gürcüstan paytaxtı Tbilisidə gənclərin ikigünlük etirazı milyarder Bidzina İvanişvilinin qeyri-rəsmi idarəetməsi nəticəsində yaranmış dərin dağıdıcı proseslərlə bağlıdır.”

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Gürcüstan KİV-inə qaynaqlanaraq bildirir ki, bununla bağlı Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Hollandiyadan “Rustavi 2” telekanalının efirinə canlı bağlantı zamanı bildirib.

“Bu gün Gürcüstanda işsizlik səviyyəsi özəlliklə də gənclər arasında fəlakət dərəcəsindədir. Eyni zamanda oliqarx İvanişvilinin qeyri-rəsmi idarəçiliyi şəraitində həll olunmayan çox sayda sosial problemlər var”, – M.Saakaşvili deyib.

“Real müxalifətin faktiki yox edilməsi və bununla da milyarder İvanişvili və onun komandasının hakimiyyətə gəlməsinə görə məsuliyyət duyub-duymaması ilə bağlı” sualı cavablandıran keçmiş prezident hakimiyyət dəyişikliyinin həmçinin onun özəl səhvləri səbəbi ilə baş verdiyini açıqlayıb.

“Elə bu səhvlərə görə Gürcüstana qayıtmaq və onları düzəltmək istəyirəm”, – M.Saakaşvili deyib.

Yada salaq ki, Gürcüstanda M.Saakaşviliyə qarşı bir neçə cinayət işi açılıb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın