TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna ianə edib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, Trend-in məlumatına görə, o, Fonda 50 min dollar vəsait köçürüb.

Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə Silahlı Qüvvələrimizin müasir tələblər səviyyəsində inkişafını təmin etmək, onun maddi-texniki bazasını gücləndirmək və zəruri sosial tədbirləri maliyyələşdirmək məqsədilə yaradılıb.

Öncəki xəbərİlham Əliyev Türkiyənin “Haber Global” televiziya kanalına müsahibə verib
Sonrakı xəbərHulusi Akar: Ermənistan tarix və beynəlxalq hüquq qarşısında cavab verəcək
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın