Fransanın cənubunda koronavirusun (COVID-19) yeni ştamı aşkarlanıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Avstriyanın “Heute” qəzetinin elektron versiyası məlumat yayıb.

Nəşr qeyd edib ki, tanınmamış ştam Kamerundan Fransaya qayıdan səyahətçilərdə aşkarlanıb. Mütəxəssislər virusun bu ştamının Afrika ölkəsində geniş yayıldığını istisna etmirlər. Qəzet yazır ki, testlər bütün yoluxmuş insanlarda mutasiyanın yeni birləşməsini aşkarlayıb.

Yeni versiya B.1.640.2 adını alıb və Marsel həkimləri tərəfindən tapılıb. Fransız alimlərinin araşdırmasında yeni variantda 46 mutasiyanın müəyyən olunduğu bildirilir. Bu ştamın təhlükəsi, ya da yoluxma səviyyəsi bilinmir.

Fransanın cənubunda yeni mutasiyanın aşkar edilməsi ilə bağlı məlumat bazar ertəsi axşam da ən böyük almandilli mediada yayılıb.

Qeyd edək ki, alimlər, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tanınmış mütəxəssisləri koronavirusun yeni mutasiyalarının aşkarlanacağı ilə bağlı xəbərdarlıq edirdilər.

Koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Öncəki xəbərGürcüstan “3+3” platformasının Türkiyədə keçiriləcək görüşünə qatılmayacaq
Sonrakı xəbərXidmət yoldaşlarını öldürən DSX-nin hərbi qulluqçusu həbs edildi
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın