“Avropa Birliyi qonşuluq və genişlənmə komissarı Oliver Varhelyinin Azərbaycanı güclü tərəfdaş olaraq dəyərləndirməsi, əməkdaşlığı daha da artırmaq istədiklərini bildirməsi AB-nin uzun müddətdir Azərbaycana verdiyi yüksək önəmi göstərir”.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunu “Report”a ABŞ-ın Atlantik Şurası (Atlantic Council) beyin mərkəzinin böyük elmi işçisi, beynəlxalq ekspert, Azərbaycandakı keçmiş səfir Metyu Brayza AB rəsmisinin Bakıdakı açıqlamalarına münasibət bildirərkən deyib.

Onun fikrincə, münaqişədən sonrakı dövrdə Zəngəzur dəhlizinin reallaşması halında Azərbaycanın AB üçün önəmi bir qədər də arta bilər.

“Türkmənistandan Azərbaycan vasitəsilə təbii qaz da daşınmağa başlasa, ölkənizin tranzit dəhlizi olaraq önəmi daha da artacaq” – deyə, amerikalı ekspert vurğulayıb.

Öncəki xəbərErmənilər Azərbaycan xalqından üzr istədi: Hər insan səhv edə bilər
Sonrakı xəbərŞəhriyar Məmmədyarov keçmiş Dünya Çempionu Harri Kasparovu yeddi gedişdə uddu
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın