Uşaqları səhərlər bağçaya hazırlamaq və gecə yatızdırmaq Zukerberqin işidir. Valideynlik vəzifələrini bölüşdürməyi xoşlayırıq. Bəzən qızlar Markla birlikdə oxuyurlar, kod yazırlar. Mark üç yaşından bəri Avqustla kod yazır.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bu sözləri Mark Zukerberqin (Mark Zuckerberg) həyat yoldaşı Prisçilla Çan “The Times & The Sunday Times” saytına müsahibəsində deyib.

Facebook haqqında suallar verməməyi xahiş edən xanım ailə həyatı ilə bağlı təfərrüatları bölüşüb. Prisçilla iki kiçik qızının yatmazdan qabaq kodlaşdırma öyrəndiyini açıqlayıb.

Bu ilin əvvəlində də Zukerberq qızı Avqustun kodlaşdırma öyrənərkən çəkilən fotosunu Facebook-da paylaşaraq bu sözləri yazmışdı: “Bir uşağa yazmağı öyrətmək indiyə qədər yaşadığım ən böyük səbr sınaqlarından biri idi”.

MƏNBƏThe Times & The Sunday Times
Öncəki xəbərHindistan ABŞ-dan alınan yeni silahları Çinlə sərhədə yerləşdirdi
Sonrakı xəbərXocalı Soyqırımına həsr olunmuş “Doğma torpaq” filminin rejissoru İlqar Safatla müsahibə
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın