Hindistan Çinlə sərhədə bu yaxınlarda ABŞ-dan aldığı silah sistemlərini, o cümlədən helikopter və artilleriya qurğularını yerləşdirib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, Himalay dağlarında mübahisəli ərazilərlə bağlı dalana dirənmiş Hindistan öz imkanlarını gücləndirmək üçün bu yaxınlarda əldə etdiyi ABŞ istehsalı silahları sərhəddə yerləşdirib.

Butan və Tibetlə sərhəddə yerləşən Tavanq ərazisində ABŞ istehsalı “Chinook”, 155 millimetrlik M-777 haubitsaları cəlb olunub. Bununla yanaşı, ərazidəki hərbi hissələrin döyüşçülərinə ABŞ-dan yeni alınan “SIG Sauer 716” silahları paylanılıb.

Qeyd edək ki, Hindistanın şimal-şərqindəki tikintilər Çinin iddia etdiyi, ancaq Hindistanın nəzarətində olan Butan və Tibetə bitişik Tavanq Yaylasında cəmlənib. Onun tarixi siyasi və hərbi önəmi var: belə ki, 1959-cu ildə Dalay Lama yaxınlıqdakı dağın ardından Hindistana qaçmışdı. Üç il sonra ərazidə iki tərəf arasında döyüşlər olmuşdu.

Hindistan Şərq Ordusunun komandanı general-leytenant Manoj Pandenin sözlərinə görə, döyüşçülər və atış dəstəyi bölmələri də daxil olmaqla bütün bölmələr tam şəkildə təchiz olunub və fəaliyyətə hazırdır.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın