Türkiyənin Ankara şəhərində Azərbaycanın istiqlal şairi Əhməd Cavadın heykəlinin açılışı olub.
YALAN.info bildirir ki, bununla bağlı Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov “Twitter” hesabında paylaşım edib.
“Bu gün Türk Tarixi Muzeyi və Parkında Azərbaycanın istiqlal şairi Əhməd Cavadın 130-cu doğum gününə həsr olunmuş anım mərasimi və heykəlinin açılış mərasimi keçirilib”, – deyə R.Məmmədov bildirib.
Bugün Türk Tarihi Müzesi ve Parkı'nda Azerbaycan'ın İstiklal şairi Ahmet Cevat'ın 130. doğum yıldönümüne ithaf olunmuş anma merasimi ve heykelinin açılış töreni gerçekleşti. pic.twitter.com/Ydj4G6wOYj
— Rəşad Məmmədov (@R_Eynaddinoglu) May 5, 2022